“Bunlar bəzi işsiz məşqçilərin ucuz reklamından başqa bir şey deyil”
03.11.2011 - 14:18
“Bunlar bəzi işsiz məşqçilərin ucuz reklamından başqa bir şey deyil”
AZAL rəhbərliyi mətbuatda komandanın yeni baş məşqçisinin kimliyi ilə bağlı dərc olunan xəbərlərə münasibət bildirib. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, “təyyarəçilər” qış fasiləsinədək hansısa yeni mütəxəssislə anlaşmaq niyyətində deyillər: “Elxan Abdullayevin istefasından sonra bəzi qəzet və saytlarda AZAL PFK-nın baş məşqçisi postuna mümkün namizədlər haqda məlumatlar yer alır. Heç bir rəsmi mənbəyə əsaslanmadan dərc olunan bu xəbərləri qətiyyətlə təkzib edirik. Bildiririk ki, bunlar bəzi işsiz məşqçilərin ucuz reklamından başqa bir şey deyil. AZAL rəhbərliyi qış transfer dövrünədək baş məşqçi məsələsini gündəmdən çıxarıb. Komanda bir müddət öncə məlumat verildiyi kimi, məşqçilər korpusunun rəhbərliyi altında fəaliyyət göstərəcək”.
0