Kosta-rikalı qızlar Uinston Parksa yaxınlaşdı
01.12.2011 - 10:05
Kosta-rikalı qızlar Uinston Parksa yaxınlaşdı
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət dünya çempionatının təsnifat oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, KONKAKAF zonasında 4 komanda mübarizəyə qoşulub.

Panama futbolçuları Nikaraquanın hər 2 matçda məğlub edib – 6:0, 2:1. Kosta-Rika yığması isə Salvadoru mübarizədən kənarlaşdırıb – 2:0, 0:0. Bu nəticələrdən sonra II təsnifat mərhələsinə yüksələn Panama və Kosta-Rika yığmaları Azərbaycandakı mundiala yaxınlaşıb.

Qeyd edək ki, ölkəmizdə artıq bir kosta-rikalı futbolçu oynayır. Bu, “Bakı”nın hücumçusu Uinston Parksdır.
0