Jaba “günahını yudu”, yaxud “Bakı” üçün düşərli “lotereya”
01.12.2011 - 10:18
“Bakı” Azərbaycan kubokunda ardıcıl 2-ci mövsüm ¼ finala oyun sonrası penaltilərlə çıxdı. Apasport.az saytının məlumatına görə, kubokda edilən dəyişikliklər nəticəsində 1/8 finalda qalib 1 oyunla müəyyənləşdiyindən, “zolaqlılar” cütün taleyini “lotereya”da həll etməli olur. Özü də ötən mövsüm olduğu kimi, hər şey ev matçında reallaşdı. Fərq komandaların adında və oyun keçirilən stadionda oldu. Belə ki, “Bakı”nın Salyanın “Muğan” klubu ilə ötən ilin dekabrın 4-də görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olmuşdu. Ancaq mərkəzi arenamız uzun müddətli təmirə bağlandığından, bakılılar artıq 1 aydan artıqdır ev oyunlarını öz təlim-məşq bazasının stadionunda keçirir.
“Muğan” I divizionda oynayandan sonra futbolçularının əksəriyyəti “Rəvan”ın heyətində cəmləşib. Bu üzdən ötən mövsümkü 1/8 finalın iştirakçılarının əksəriyyəti XX kubokun eyni mərhələsində də meydanda görüşdülər. Düzdür, bu dəfə komandaların baş məşqçilərin başqaları idi. Belə ki, “Bakı”da almaniyalı Vinfred Şaferi latviyalı Aleksandr Starkov əvəzləyib. “Muğan”da bosniyalı çalışdırıcı Almir Hurtiç, “Rəvan”da isə Vladislav Qədirov kubokun iştirakçısı olub. Bu dəfə penaltilərdə həminki məhsuldarlıq olmadı. Nəticənin 3:2 olmağı və komandaların hərəyə 2 dəfə 4 zərbəni dalbadal dəqiq vura bilməməyi bunun göstəricisidir.
1 il öncəki oyunda əsas vaxtda hesab 1:1 olmuşdu ki, “Muğan”dan yarımmüdafiəçisi Elnur Abdullayevin 4-cü dəqiqədə vurduğu qola “Bakı”nın bosniyalı hücumçusu Saşa Kaykut 70-ci dəqiqədə cavab vermişdi. Yeri gəlmişkən, bu dəfə həmin futbolçular komandalarda yer almadığından, üz-üzə gəlmədilər. Əlavə vaxtda da hesab dəyişmədiyindən, oyun sonrası penaltilərə ehtiyac duyuldu. Onda “Bakı” 5:3 hesabı ilə qalib gələrək, ¼ finala çıxdı. Halbuki Jaba 115-ci dəqiqədə cütün taleyini həll etmək üçün real imkan qazandı. Ancaq braziliyalı hücumçunun penalti zərbəsini “Muğan”ın qapıçısı Amil Ağacanov qaytardı.
Bu dəfə isə Jaba “günahını yuyaraq” penaltidə qəhrəman oldu və qalibi müəyyənləşdirdi. Belə ki, “Bakı”dan sonuncu penaltini məhz braziliyalı dəqiq yerinə yetirdi və komandanı ¼ finala çıxardı. Jaba Starkovun onu əsas komandaya qaytarandan sonra verdiyi şansdan maksimum istifadə etməyə çalışır və bu dəfə çalışdırıcısının etimadı doğrultdu.
Digər maraqlı məqam odur ki, “Bakı”nın cari mövsümdə əsas problemi məhz penaltiləri vura bilməməkdir. Təsadüfi deyil ki, bakılılar çempionatın əvvəlində təyin edilən hər dörd 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Bunların müəllifləri latviyalı Denis İvanov, xorvatiyalı Aleksandr Şoliç, braziliyalı Xavyer Junior və Nuran Qurbanov olub. Kubokda penaltilər təyin ediləndə çoxları “Bakı”nın uduzacağını düşündüyü halda, komanda məhz bu zərbələrlə rəqibindən üstün oldu.
Şoliçlə Junior “Rəvan”la matçda da penalti yerinə yetirdi. Xavyer yenə zərbəni dəqiq vura bilmədisə, Aleksandr rəqib qapıçı Davud Kərimi ilə “duel”dən qalib ayrıldı. Davudun xorvatiyalı həmkarı Marko Şarliya isə penaltilərdə daha inamlı təsir bağışlayaraq, “Bakı”nın ¼ finala çıxmağında böyük əməyi oldu.
Qeyd edək ki, “Bakı” kubokda növbəti rəqibi həmşəhərliləri AZAL-dır. Gələn ilin martında keçiriləcək matçlarda ilk meydan sahibi “zolaqlılar” olacaq.

0
0