Milli komandamızın rəqibi pasportu olmayan futbolçunu oynadacaq
01.12.2011 - 11:22
FİFA Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olan İsrail yığmasına böyük güzəşt edib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu İsrail yığmasında bu ölkənin pasportu olmayan futbolçunu oynatmağına icazə verib. Bu İsrail liqasının bombardiri olan Viam Amaşedir.
Hayfa “Makkabi”sinin 25 yaşlı futbolçusu Holansk hündürlüyündə yaşayır. İsrail həmin ərazini 1967-ci ildə 6 günlük müharibədən sonra ələ keçirib. Qanunvericiliyə görə, orada yaşayan insanlar İsrail vətəndaşlığını, o cümlədən beynəlxalq pasport ala bilərlər. Ancaq həmin ərazinin sakinləri özlərini indiyə kimi Suriya vətəndaşı sayırlar və İsrail pasportunu almaqdan qətiyyən imtina edirlər. FİFA bu halın spesifikasını nəzərə alaraq, İsrail Futbol Federasiyasına bu futbolçunu yığmada oynatmağa imkan yaradıb.
Qeyd edək ki, milli komandamız növbəti seçmə mərhələdə ilk oyununu 2012-ci ilin sentyabrın 7-də evdə İsrail yığması ilə keçirəcək.

0
0