“Bakı” “Xəzər Lənkəran”a çatdı
01.12.2011 - 11:31
Azərbaycan kubokunun 1/8 final mərhələsi mövsümün ilk penaltilər seriyası ilə əlamətdar olub. “Rəvan”ı 3:2 hesabı ilə məğlub edən “Bakı” bu lotereyanın qalibi olub. Apasport.az saytının məlumatına görə, bu ölkə kuboku tarixində 17-ci belə haldır ki, qalibi müəyyənləşdirmək üçün 11 metrlik zərbələrə ehtiyac duyulur. “Rəvan”ın “siftə”si korlanıbsa, vaxtilə eyni aqibəti yaşamış “Bakı” ardıcıl 2-ci mövsüm penaltilərə sevinən tərəf olub.
Lakin 3 belə seriyanın iştirakçısı olan “Bakı” heç də rekordçu deyil. “Neftçi” 4 dəfə bəxtini lotereyaya saxlayıb 3-də qalib gəlib. Paytaxt komandalarından başqa “Xəzər Lənkəran” da 2 dəfə seriyalarda qalib gəlib. Lakin “Neftçi” və “Bakı”dan fərqli cənublular 2 dueldə 2 qələbə qazanıb və heç vaxt bu seriyalarda uduzmayıb. “Karvan”, “Turan”, “Simurq” və Sumqayıt “Xəzər”i isə hamıdan çox 2 dəfə penaltilər seriyasında uduzublar. Digərlərindən fərqli “Turan” 1 dəfə qələbə də qazana bilib.
Ölkə kubokunun bütün penalti seriyaları

1992 | İnşaatçı (Bakı) | Xəzər (Sumqayıt) | 1:1, pen. 5:4 |
---|---|---|---|
1993 | Kür (Mingəçevir) | Xəzri (Buzovna) | 3:0, 0:3, pen. 4:3 |
1993 | Neftçi (Bakı) | Xəzər (Sumqayıt) | 0:0, 0:0, pen. 4:3 |
1993/94 | Turan (Tovuz) | OİK Göyəzən (Qazax) | 0,:0, 0:0, pen. 1:3 |
1998/99 | Şəmkir | Neftçi (Bakı) | 0:0, pen. 3:5 |
1999/2000 | Turan (Tovuz) | Qarabağ (Ağdam) | 1:0, 0:1, pen. 4:5 |
2003/04 | Bakılı | Neftçi (Bakı) | 1:0, 0:1 pen. 3:5 |
2004/05 | Karvan (Yevlax) | Xəzər Lənkəran | 1:1, 1:1, pen. 4:5 |
2004/05 | Neftçi (Bakı) | İnter (Bakı) | 0:0, 0:0, pen. 3:4 |
2007/08 | Bakı | Qəbələ | 1:1, 1:1, pen. 3:4 |
2009/10 | Simurq (Zaqatala) | Olimpik-Şüvəlan (Bakı) | 0:0, 0:0, pen. 2:4 |
2010/11 | Bakı | Muğan (Salyan) | 1:1, pen. 5:3 |
2010/11 | Karvan (Yevlax) | MKT-Araz İmişli) | 1:1, pen. 3:4 |
2010/11 | Qarabağ (Ağdam) | Turan (Tovuz) | 0:0, pen. 3:4 |
2010/11 | Simurq (Zaqatala) | Abşeron (Bakı) | 1:1, pen. 1:4 |
2010/11 | Xəzər Lənkəran | İnter (Bakı) | 1:1, pen. 4:2 |
2011/12 | Bakı | Rəvan (Bakı) | 0:0, pen. 3:2 |
0
0