Samir Zərgərov: Bizi görən komandaların hamısı şirə dönür
01.12.2011 - 13:07
“Həmin epizoda ən yaxın olanlardan biri mən idim. Asif Mirili təmiz qol vurmuşdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun hücuma meylli yarımmüdafiəçisi Samir Zərgərov deyib. “Turan”la qalmaqallı kubok oyunu haqda danışan Zərgərov bildirib ki, rəqib komanda haqsız narazılıq edir.
Maraqlıdır ki, artıq cari mövsümdə ikinci dəfədir “İnter”in iştirakı ilə keçirilən oyun yarımçıq dayandırılır. Birinci matçda “bankirlər” “Bakı” ilə üz-üzə gəlmişdi. Həmin görüşün son dəqiqələrində hakimin penalti qərarına etiraz edən “İnter” meydanı tərk etmişdi. Nəticədə İntizam Komitəsi onları 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırmışdı.
Bu dəfə isə “Turan” oyunu davam etdirməkdən boyun qaçırıb. Zərgərov bu məsələdə daha çox rəqiblərini günahlandırıb: “Nə bilim, hər şey bizim başımıza gəlir. Qol vururuq, biri deyir projektor sönüb, biri deyir qapı xəttini keçməyib. Bizi görən komandaların hamısı şirə dönür”.
Matçın sona qədər davam etdirmək istədiyini deyən futbolçu buna görə üzülmədiklərini dilə gətirib: “Sona qədər oynamaq istəyirdik. Ancaq rəqib meydana çıxmadığına görə, çıxıb evimizə getdik. Bu psixoloji baxımdan heç bir təsir göstərməyib”.
Ardıcıl iki oyunda fərqlənməsinə gəldikdə, yarımmüdafiəçi bunu qismətlə bağlayıb: “Qismətdir, iki oyunda iki top vurmuşam. Amma elə olur ki, 5 oyunda rəqib qapısına düşə bilmirsən”.

0
0