Mirça Rednikin siftəsi
01.12.2011 - 14:08
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyununda 3:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” 3 illik həsrətə son qoyub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda ölkə kubokunda 3 il idi böyük hesabla qalib gələ bilmirdi.
Onlar sonuncu dəfə 1119 gün əvvəl bunu bacarmışdı. Həmin vaxt 2008-ci il noyabrın 6-da NBC 3:0 hesabı ilə məğlub edilmişdi. 1/8 final mərhələsinin həmin səfər oyunundan sonra 15 kubok oyunu keçirən, dəfələrlə qalib gəlib, birində qələbə qazanmaqla 2 final oynayan “Xəzər Lənkəran” böyük hesabla qalib gəlməmişdi. Bu isə o deməkdir ki, 2 mövsümdür komandanın baş məşqçisi olan Mirça Rednik Azərbaycan kubokunda ilk dəfə belə halla üzləşir.
Ümumilikdə isə komanda Azərbaycan kubokunda 11 böyük hesablı qələbə qazanıb.
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
2011/12 – 1
Qeyd edək ki. “Xəzər Lənkəran”ın hesabında ölkə çempionatında qazanılan 32 böyükhesablı qələbə də var.

0
0