Kimsə Emin Mahmudovu ən yaxşı futbolçu saymadı
01.12.2011 - 15:35
Bu il Rusiyanın ən yaxşı gənc futbolçusu ilə bağlı sorğu yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Uşaq Futbol Liqası tərəfindən Premyer Liqada çıxış edənlərə təqdim olunan “İlk beşlik” milli mükafatına namizədlərdən olan azərbaycanlı oyunçu Emin Mahmudov səsvermədə sonuncu olub. Moskva “Spartak”ının 19 yaşlı yarımmüdafiəçisi 6-cı yeri tutub.
Emini heç kimi 1-ci yerdə göstərməyib. O, 18 xal toplayıb ki, bu, 2-ci və 3-cü yerlərə görə verilən 3 və 15 xalın cəmində reallaşıb. XX mükafatın sahibi isə Moskva “Dinamo”sunun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Kokorin olub. “Dinamo”dakı soydaşımız Aleksandr Səmədovun komanda yoldaşı 276 xalla 1-ci yeri tutub.
Qeyd edək ki, milli komandamıza namizəd sayılan Eminin qatıldığı sorğunun qalibi 20 yaşından yuxarı futbolçu ola bilməzdi.

0
0