Toni Adamsın İsveç klubuna keçidi baş tutmadı
01.12.2011 - 17:30
“Qəbələ” klubunun baş məşqçisi postundan istefa verən Toni Adamsın İsveçdə işləmək variantı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Elfsborq” klubu 45 yaşlı ingilis mütəxəssisi “sükanı arxası”na gətirməyi düşünsə də, bunu reallaşdırmağı lazım bilməyib.
İsveçin yüksək liqa təmsilçisi yerli mütəxəssislə anlaşmağı lazım bilib. “Elfsborq”un direktoru Stefan Andreassos İsveçin 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Yorgen Lennartssonun üzərində seçim etdiklərini bildirib: “Çoxlu tanınmış məşqçilər komandamızda işləməkdə maraqlı idi. Ancaq baş məşqçini seçmək bizim üçün çox asan oldu. Biz isveçli məşqçi istəyirdik və Yorgenin üzərində dayandıq”.
Qeyd edək ki, London “Arsenal”ının əfsanəvi kapitanı olan, İngiltərə yığmasında 66 oyun keçirən Adams ötən ay ailə problemlərinə görə “Qəbələ” ilə yollarını ayırdı. Keçmiş müdafiəçi ölkəmizdə il yarımlıq fəaliyyətinə kimi vətənində “Portsmut”, “Uikomb” klublarını çalışdırıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0