Əcnəbi hegemonluğu
02.12.2011 - 00:02
Azərbaycan kubokunun 1/8 final mərhələsi əcnəbi məşqçilərin növbəti hegemonluğu ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, gəlmələr 1/4 finala vəsiqələrin yarısını əldə ediblər.
Kuboka göz dikən yadelli mütəxəssislərdən Mirça Rednik “Xəzər Lənkəran”ı, Aleksandr Starkov “Bakı”nı, Kaxaber Sxadadze “İnter”i (düzdür, bu hələ İntizam Komitəsində rəsmiləşəcək), Fatih Kavlak isə “Qəbələ”ni kubokun yaz hissəsinə daşıyıb.
Bununla, 2007/08 və 2010/11 mövsümlərinin nəticəsi təkrarlanıb. Həmin illərdə də 4 əcnəbi 1/4 finala vəsiqə əldə etmişdi. 2009/10 mövsümündə isə bu rəqəm ümumiyyətlə, 5-ə bərabər idi. Əcnəbi mütəxəssislərin ölkəmizə axınının başladığı 2004/05 mövsümündən başlayaraq, 1/4 finala 64 vəsiqədən (8 mövsümün hərəsində 8 yer) 29-u legionerlərə nəsib olub.
Lakin bu 29 haldan 4-də baş məşqçi 1/4 finala çıxsa da, həmin mərhələni görmədən istefaya göndərilib. Birində isə həmin mərhələnin yalnız ilk oyununa çıxmaq şansı qazanıb. Əvəzində 5 çalışdırıcı “nə yoğurub, nə yapıb, hazırca 1/4 final tapıb”. Bir sözlə, 1/4 finala 29 dəfə çıxan əcnəbilər bu mərhələnin həyəcanını biri yarımçıq olmaqla, 30 dəfə yaşayıblar. Daha bir əcnəbi isə yalnız yarımfinal öncəsi iş başına keçib.
Sonuncu faktı nəzərə almasaq, 20 gəlmə məşqçi 1/4 finalla bağlı olub. Onlardan ikisi – Vlastimil Petrjela (“Neftçi”) və Vinfred Şafer (“Bakı”) komandasını 1/4 finala çıxarsa da, postundan qovulub. Anatoli Demyanenko (“Neftçi”) və Viktor Pasulko (“Xəzər Lənkran”) isə əksinə, hazıra nazir olublar. Bu 4 məşqçi üçün həmin hadisə kubok tariximizdə yeganə hal olub. Yarı-yolda qalıb-gələnlər isə başqa mövsümlərdə də bu mərhələyə yüksəliblər.
İndiki 1/4 finalçılardan yalnız Kavlak ilk dəfə 1/4 finala vəsiqə qazanıb. Ötən mövsüm 1/4 final öncəsi “Bakı”ya gələn Starkov da buna ilk dəfə nail olub. Amma o, həmin mərhələdə iştirak edib. Rednik üçün isə bu ardıcıl 2-ci vəsiqədir. Sxadadze ardıcıl 3 dəfə 1/8 final səddini adlamaqla, sələfi Valentin Xodukinin müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlayıb. Lakin ukraynalıdan fərqli, gürcü mütəxəssis 1 dəfə 1/4 finala yüksələn “Standard”ın “sükanı arxasına” gətirilib. Bu isə o deməkdir ki, Sxadadze artıq 3 dəfə 1/4 final həyəcanı yaşayıb. Yaza kimi postunda qalacağı halda, o, sələfini də arxada qoyacaq.
Qeyd edək ki, son 3 ildə 1/4 finala daim çıxan yeganə məşqçi olan Sxadadzenin bu göstəricisi təkcə əcnəbilər deyil, həm də yerlilərə üçün əlçatmazdır. Belə ki, bu il 1/8 finalı adlayan yerli çalışdırıcıların heç biri ötən mövsüm bunu bacarmamışdı.
1 – 1/4 finala çıxan əcnəbilər, 2 – komandasını ¼ finala çıxarıb komandadan ayrılanlar, 3 – 1/4 finala çıxmış komandanın baş məşqçi postuna gələnlər.
* - almaniyalı Hans Yurgen Gede “Neftçi”ni 1/4 finala çıxarıb, oradakı ilk matçdan sonra istefaya göndərilib.
** - Cüneyt Biçər kubok qazandırdığı “Bakı”ya 1/4 finaldan sonra baş məşqçi gəlib.

| mövsüm | 1 | 2 | 3 |
|---|---|---|---|
| 2004/05 | 3 | - | - |
| 2005/06 | 3 | 1 | 1 |
| 2006/07 | 3 | - | - |
| 2007/08 | 4 | 1 | 2 |
| 2008/09 | 5 | 1* | - |
| 2009/10 | 3 | -** | - |
| 2010/11 | 4 | 1 | 2 |
| 2011/12 | 4 | - | - |

0
0