Serje Cehua: Mən heç vaxt rəqibin gücü haqda düşünməmişəm
02.12.2011 - 00:01
“Heç vaxt rəqibin gücü haqda düşünməmişəm. Mənim üçün rəqibin fərqi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Serje Cehua deyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsində I divizionun iddialı klublarından hesab edilən “Neftçala” ilə qarşılaşan “Qəbələ” böyük hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. Əyalət təmsilçisinin 3:0 hesabı ilə qələbə qazandığı matçda Fil Dişi Sahilindən olan futbolçu dubl edib.
İkinci dəqiqədə hesabı açan Cehua fasilədən sonra da bir qol vurub: “Hər bir oyuna eyni qaydada hazırlaşıram. Şadam ki, son matçda iki qol vurdum və komandamın qələbə qazanmasında pay sahibi oldum. Biz hücumçuların işi də qol vurmaqdır”.
Yeri gəlmişkən, Serje Premyer Liqanın “Bakı” ilə keçirilən son oyununda da rəqib qapısına yol tapmağı bacardı. Düzdür, həmin görüşdə əyalət təmsilçisi meydanı məğlub tərk etdi. Bununla belə, sentyabrda komandaya cəlb edilən Cehua yeni komandasında qol hesabını açmış oldu. Futbolçu artıq komandaya və çempionatımıza adaptasiya olduğunu, formasını geyindiyi klubun məqsədinə çatması üçün əlindən gələni edəcəyini deyib: “Bu, hələ başlanğıcdır. Klubumuzun iddialı olduğunu bilirəm. Məqsədimiz mükafatçılar sırasına düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. Vurduğum qollarla komandama faydalı olmaq istəyirəm. Hədəfimiz məlum, məqsədimiz aydındır”.
Qeyd edək ki, hücumçu “Qəbələ”yə gələnə qədər son üç mövsümü Türkiyə Superliqasında mübarizə aparan “Antalyaspor”un heyətində keçirib. O, may ayından bəri yaşıl meydanlara çıxmırdı. Toni Adamsın istəyi ilə transfer olunan futbolçu son iki oyunda 3 qol vurub.

0
0