“Özümü Rednikə yox, Sxadadzeyə göstərməliyəm”
02.12.2011 - 00:05
“Turan”ın ikinci hissədə meydana çıxmaması öz işidir”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyev deyib.
Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan”la qarşılaşan “İnter” ikinci qolu vurduqdan sonra birinci hissə başa çatıb. Oyunun fasiləsində topun qapı xəttini keçmədiyini iddia edən Tovuz təmsilçisinin rəhbərliyi komandanı meydana buraxmayıb. Nəticədə görüş başa çatmayıb. İkinci qol vurulan zaman epizoda yaxın olduğunu deyən yarımmüdafiəçi topun qapıçının qolları arasında tora daxil olduğunu deyib: “Allaha şükür, indi oyunları bir neçə kamera çəkir. Kimin narazılığı varsa, oturub baxsın. Qol vurulan zaman epizoda yaxın idim. Mirili başla topu vurdu, qapıçının qolu altından xətti keçdi”.
Hələ oyunun videoyazısına baxmadığını deyən “İnter”in üvzü laynsmanın da hadisələrin axarını yaxından izlədiyini vurğulayıb: “Laynsman epizoda yaxın idi. Qol olduqdan sonra mərkəzə qaçdı. Ardınca baş hakim mərkəzi göstərdi”.
Oyunun yarımçıq dayandırlmasının futbolçulara heç də mənfi təsir göstərmədiyini deyən Hacıyev həftəsonu keçirəcəkləri çətin matça hazırlaşdıqlarını vurğulayıb. “Xəzər Lənkəran”la görüşü çempionluq yolunda vacib addım hesab edən futbolçu turnir cədvəlində yüksəlmək imkanından maksimum istifadə etməyə çalışacaqlarını bildirib: “İndi fikrimizi “Xəzər Lənkəran”la oyuna yönəltmişik. Məşq edirik, çatışmayan cəhətlərimizi düzəltməyə çalışırıq. Bu oyun çempionluq uğrunda mübarizədə əhəmiyyətlidir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq və turnir cədvəlində ən azı bir pillə irəliləyək”.
Ötən mövsüm “Xəzər Lənkəran”ın formasını geyinən Nizami Rednikin qərarından sonra əyalət təmsilçisinin düşərgəsini tərk etməli oldu. Futbolçu artıq keçmiş haqda düşünmədiyini və özünü rumıniyalı mütəxəssisə sübut etmək niyyətində olmadığını deyib: “Özümü Rednikə yox, Kaxaber Sxadadzeyə göstərməliyəm ki, mənə daim əsas heyətdə yer versin”.

0
0