“Qarabağ” “Turan”la oyuna Gəncədə hazırlaşır
01.12.2011 - 17:54
“Qarabağ” “Turan”la oyuna Gəncədə hazırlaşır
“Qarabağ” Ağdamı tərk edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sumqayıt Şəhər”lə qarşılaşan və 3:0 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksələn komanda bu gün Gəncə şəhərinə gəlib.

Dekabrın 4-də Premyer Liqanın növbəti turunda Tovuzda “Turan”ın qonağı olacaq Qurban Qurbanovun yetirmələri hazırlıqlarını məhz bu şəhərdə davam etdirəcək. 19 futbolçu ilə səfərə yollanan komandada atasının vəfatı ilə əlaqədar olaraq vətənində olan Ansi Aqolli də artıq düşərgədədir.

“Qarabağ” bu gün Gəncə şəhər stadionunda günün tək məşqini edib. Çalışmada futbolçular elə də çox yüklənməyib. Komanda oyun gününə qədər hazırlıqlarını Gəncədə davam etdirdikdən sonra matç günü Tovuza yollanacaq.

Mənbə: qarabagh.com