Mirça Rednik “Xəzər Lənkəran”ın tarixində 2-ci baş məşqçi oldu
02.12.2011 - 11:18
Mirça Rednik “Xəzər Lənkəran”ın tarixində 2-ci baş məşqçi oldu
Mirça Rednik “Xəzər Lənkəran”ın tarixinin 2-ci baş məşqçisi olub. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı mütəxəssis ötən ilin iyulundan rəhbərlik etdiyi komandanı meydana çıxardığı oyunların sayında irəliləyib. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyun Rednikin cənub təmsilçisinin baş məşqçisi postunda 55-ci matçı olub. Bununla da təcrübəli çalışdırıcı 54 oyunda iş başında olan türkiyəli həmkarı Rasim Karanı arxada qoyub. İndi Rednik bu göstəricidə yalnız Ağasəlim Mircavadovdan geri qalır. “Xəzər Lənkəran”ın tarixində ən yaxşı baş məşqçisi 119 görüşə çıxıb.

                                           O    Q    H     M     Top        Xal
Ağasəlim Mircavadov       119  69    32   18     212-87    239
Mirça Rednik                      55   28   19    8        73-44     103
Rasim Kara                          54   33    8    13       97-37     107
Nazim Süleymanov              17    9     4      4       30-11      31
Viktor Pasulko                      17    9     7      1        21-8      34
İqor Ponomaryov                  15    7     4      4        27-12     25
Şenol Fidan (icra edib)           3     0     1      2       0-2         1
Hafiz Əliyev (icra edib)          1    0     1      0       2-2          1