“Bayer” üçün çempionluq artıq xəyaldır?
02.12.2011 - 17:47
“Bayer” üçün çempionluq artıq xəyaldır?
“Topaz” bu gün keçiriləcək oyunların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatorunun proqramında 4-ü təkli oyun olmaqla, 42 qarşılaşma yer alıb.

Ötən gün Avroliqa həyəcanını sizlərə yaşadan, həmçinin rifahınızın yüksəlməsində müstəsna rol oynayan “Topaz”, oyunçulara bu gün də boş oturmamağı təklif edir. Çünki müştərilərini zəngin edəcək bir çox qarşılaşmaya proqramda yer verib.

Almaniyada kənd komandası kimi tanınan, Bundesliqaya vəsiqə qazandıqdan sonra daim uğurlu qrafik cızan “Hoffenhaym” Leverkuzen səfərindədir. Məqsəd hər mövsüm çempionluğu hədəfləyən, lakin arzusunu reallaşdırmaqda çətinlik çəkən “Bayer”dən xal və ya xallar qoparmaqdı. Leverkuzenlilər üçün qızıl medalların bu mövsüm də əlçatmaz olaraq qalacağına şübhəniz yoxdur, və ya, futbolda hər şey mümkündür? Düşüncələrinizlə zəngin olmağın tək yolu “Topaz” oynamaqdır.

PSJ-yə yerini göstərərək, parisliləri liderlikdən məhrum edən Marsel “Olimpik”i qələbənin təsadüf olmadığını sübut etməlidir. Turnir cədvəlində qonşu olmalarına rəğmən, marsellilər üçün “Kan”ı məğlub etmək o qədər də çətin olmamalıdır. Qazanılacaq qələbə, Fransanın ən köklü klublarından olan “Olimpik”i 7-ci sıraya yüksəldə bilər. Beyninizdə bu matça aid hansısa fikir, mülahizə varsa, yaxud hissləriniz sizə matçın nəticəsini öncədən tapmağa imkan verirsə, mütləq yolunuzu “Topaz” məntəqələrinə salın.

“Trabzonspor”un “Beşiktaş” məğlubiyyətindən necə dərs çıxaracağı maraq doğurmaya bilməz. “Sivasspor”u yenərsə, demək ki, itirilən 3 xala görə bütün mövsüm, yaxud mövsümün bir hissəsi qurban verilməyəcək. Qara dəniz fırtınasından sivaslıların üşüyüb-üşüməyəcəyini sizlər – “Topaz” müştəriləri hamıdan yaxşı bilirsiz. “Sivasspor” – “Trabzonspor” matçından oyunçuların qazanla çıxması ən ideal variantdır. Bunun üçün əlbəttə ki, “Topaz”ın yaratdığı fürsətdən yararlanmaq lazımdı.

* Marsel “Olimpik”i liderlər qrupunda yer almağa çalışır.
* “Trabzonspor” ötən həftəki məğlubiyyətin şokundan ayılmaq istəyir.
* Kənd komandası sürpriz axtarışına çıxacaq.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.