“Ümid edirəm ki, Lənkəranda da məğlubiyyətsiz seriyamız davam edəcək”
02.12.2011 - 18:15
"Bizi “Xəzər Lənkəran”la çox maraqlı və eyni zamanda gərgin oyun gözləyir. Son görüşlərdə rəqib komanda xal itkilərinə məruz qalıb. Buna görə də onlar bizimlə qarşılaşmaya ancaq qələbə əzmi ilə çıxacaqlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze klubunun rəsmi saytına açıqlamasında deyib. “Bankirlər” Premyer Liqanın növbəti turunda dekabrın 4-də “Xəzər Lənkəran”ın qonağı olacaq. Sxadadze mövsümün əvvəlindən nail olduqları məğlubiyyətsiz seriyasını davam etdirmək istəyir: “Biz oyuna yüksək səviyyədə hazırlaşırıq. Ümid edirəm ki, Lənkəranda da məğlubiyyətsizlik seriyamız davam edəcək”.
Gürcü çalışdırıcı "Turan"la kubok oyunundan sonra bəzi internet saytlarının reallığı əks etdirməyən məlumat yaydıqlarını bildirib: “Həmin saytlar iddia ediblər ki, guya mən Tovuz klubunun prezidentinə hansısa sözləri demişəm. Bildirmək istərdim ki, belə bir söhbət olmayıb və mən həmin matçda, ümumiyyətlə, “Turan”ın prezidentini görməmişəm. Vəziyyəti gərginləşdirmək və olmayanları uydurmaq lazım deyil”.

0
0