“Berti Foqtsa iradımı bildirmişəm”
03.12.2011 - 00:20
“Xəzər Lənkəran” klubunun və Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Sizi “Xəzər Lənkəran”da baş məşqçi postunda əvəzləyən Mirça Rednik komandada oyun sayında 2-ci yerə yüksəldi. İndi hesabında 55 matç olan rumıniyalı mütəxəssis yalnız sizdən geri qalır...
- Sözsüz ki, məşqçi rekordu həmişə qeyd olunur. Ancaq oyun sayı ilə maraqlanmıram. Mənimki ancaq komanda düzəltmək, qələbə qazanmaq, qabağa getmək olub.
- Sözlərinizdən belə çıxır ki, heç vaxt sizə aid statistika ilə maraqlanmamısınız...
- İnanın ki, belə şeyləri düşünməmişəm. Harada çalışmışamsa, ilk növbədə komanda yaratmaq, orada milli futbolçuların sayının çox olması, onların yaxşı oynamağı mənim üçün daha çox önəmlidir. Əlbəttə, bir də qələbələr. Klubun strategiyası da vacibdir. Yəni qabağa getmək və avrokuboklara daim qatılmaq. Elə olur ki, təsadüf nəticəsində hansısa mərhələdə iştirak edirsən. Ancaq elə başa düşürəm ki, daim avrokuboklarda iştirak etmək hər bir Azərbaycan klubu üçün şərəflidir.
- Rednik “Xəzər Lənkəran”ı 119 oyuna çıxaran Ağasəlim Mircavadovu həm bunda, həm də titulların sayında qabaqlayıb, 1-ci ola biləcəkmi?
- Hər şey mümkündür. Rednik çalışır, ona uğurlar arzulayıram. “Xəzər Lənkəran”ın böyük azarkeş auditoriyası var ki, belə baxanda, onlar yaxşı oynamağa stimul yaradırlar.
- Ancaq sabiq komandanız Premyer Liqada son 3 oyunda cəmi 2 xal toplayıb. Bu uğursuzluğu nə ilə əlaqələndirərdiniz?
- Bu, psixoloji durumla bağlı ola bilər. Çünki komanda ətrafında çoxlu söz-söhbət yarandı. Əsasən də “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra. Komandanın daxilində olmadığımdan, nəsə deyə bilmərəm. Heç maraqlanmamışam da. Ancaq komanda oynayanda, hiss olunur ki, gərginlik var. Hətta “Simurq”la matçda “Xəzər Lənkəran” hesabda 2:0 irəlidə olan zaman, 2-ci hissədə 2 top buraxıb qələbəni əldən verməsi bunu göstəricisidir. Nəticədə çempionluğa iddialı komanda vacib xallar itirdi. Bir həmkarım ağıllı söz dedi ki, çempionluq uğrunda mübarizədə haradasa itki olacaq. Ancaq bunu qabaqdan hiss etmək lazımdır. Bunu hiss edən məşqçi dahidir.
- Sizcə, Avropa səviyyəli məşqçi olan Rednik bunu hiss etmir?
- Hər məşqçinin öz strategiyası var. Ya Avropada olsun, ya da qeyri-Avropada. Avropa məşqçisi deyəndə, bir az qəribə görünür. Avropa futbolunun necə olduğu məlumdur. Futbol sürətdir, əzmkarlıqdır, texnikadır, taktikadır, psixologiyadır. Kim bu haqda çalışırsa, tez oynayırsa, ağıllı fikirləşirsə, komanda oyunu göstərirsə qalib gələcək.
- “Xəzər Lənkəran”da rəhbərliyiniz altında oynamış Kamran Ağayevin kənarda qalması, kapitanlıq sarğısının əlindən alınması nəticəyə təsir göstərdi?
- Sizə bir söz deyim ki, baş məşqçi qapıçını əsas heyətə qoyursa, ona böyük inam bəsləyir. Onda müdafiəçilər də qapıçıya inanırlar. Kamran həmişə oynayırdı və müdafiəçiləri onu rahat duyurdular. Bu, həddindən artıq önəmli bir şeydir. Kamranın olmamağı, gəzən söz-söhbətlər komandaya psixoloji təsir göstərdi. Ola bilər ki, “Xəzər Lənkəran” bundan yavaş-yavaş çıxır, çıxacaq da. Onlar növbəti turda kiminlə oynayır?
- Dekabrın 4-də “İnter”lə. “Xəzər Lənkəran” indiki vəziyyətdə bu komanda ilə oyunda vacib qələbə qazana biləcəkmi?
- Gözəl oyun olacaq. Düzdür, “İnter”də böyük problem var. Əsasən hücum xəttində. Deyim ki, “İnter” cərimə meydançasına qədər oynayır. Əvvəl güc futboluna meylli idi, gürcü legionerləri vardı, amma indi elə imkanları yoxdur. Top saxlamaqla, qısa ötürmələrlə öz oyunlarını oynayırlar. Bir də “İnter”də yaxşı müdafiəçilər var. Qələbə “Xəzər Lənkəran”a həmin psixoloji durumu “dağıtmaq” üçün çox lazımdır.
- Milli çempionatda baş məşqçi kimi ən çox oyun keçirən Qəhrəman Əliyevdir. Sizə ona çatıb, qabaqlamaq üçün 20-yə yaxın oyun lazımdır. Ancaq hələlik bu imkana malik deyilsiniz...
- (gülür) Onu yaxşı dedin ki, bu imkana malik deyiləm. Bu, imkan mənlik deyil. İnşallah, işləyərik. Bu faktı bilmirdim.
- AFFA-nın İcraiyyə Komitəsinin son iclasında çıxarılan qərarlarla maraqlanırsınız?
- (sözümüzü yarımçıq kəsir) Bilirdim ki, Berti Foqts qalacaq. Ona görə də, xeyir-duamı verdim.
- Foqtsun qalacağını bildiyinizi nə ilə əsaslandıra bilərsiniz?
- Əsaslandırma odur ki, təqvimin müəyyənləşdirilməsinə Foqts getdi. İcraiyyə Komitəsində olan insanlar hörmətli adamlardır. Belə razılıq veriblərsə, deməli, biz də ona hörmətlə yanaşmalıyıq. Bir iş var ki, mən növbəti seçmə mərhələnin təqvimindən şikayət etdim.
- Sizi də narazı salan seçmə mərhələnin əvvəlində çox oyunları səfərdə keçirməyimizdir?
- Bəli. 2012-ci ildə bir oyunu evdə, üçünü səfərdə keçirəcəyik. Ola bilər ki, belə təqvim başqa komandalar üçün sərfəli olsun, ancaq Azərbaycan üçün yox. İstərdim ki, evdə İsrailə qalib gələk, səfərdə Portuqaliya, Rusiya, Şimali İrlandiya ilə oyunlardan xal götürək. Yəni futbolçularımız uğursuzluq nəticəsində psixoloji duruma düşməsinlər.
- Ancaq AFFA rəhbərliyi gələn il evdə az oynamağı istəyirdi. Çünki gələn il ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi keçiriləcək. Bu səbəbdən təqvim AFFA-nın siyasətinə uyğun idi...
- Vallah, mən onu bilmirəm. Sizə bir hadisə danışım: 1988-ci ildə Qarabağ hadisələri başlayanda “Neftçi”nin baş məşqçisi idim. Martın 3-də çempionat başladı, səhv etmirəmsə, 8 oyun kənarda keçirdik. Bakıya 4 xal gətirmişdik. “Şaxtyor”u udmuşduq, qalan 2 görüşdə heç-heçə etmişdik. Elə oldu ki, aprelin sonunda bizi yığmaya görə Futbol Federasiyasına yığdılar. Onda əsas və olimpiya yığmasına futbolçularla bağlı müzakirələr gedirdi. Allah rəhmət eləsin, Valeri Lobanovski mənə dedi ki, niyə kənarda oynayırsan, belə olmaz. Ona vəziyyəti başa saldım. Həmin vaxt Lobanovski həm Kiyev “Dinamo”suna, həm də SSRİ yığmasına rəhbərlik edirdi. Yığmanın əsasını “Dinamo”nun futbolçuları təşkil edirdi. Lobanovski dedi ki, 2 turdan artıq kənarda oynamıram. Bunun nə demək olduğunu başa düşürsünüz?
- Psixoloji amilə görə...
- Bəli. Kənarda oynamaq çox ağır və məsuliyyətlidir. Allah eləməsin, uduzanda psixoloji durum pis olacaq. Həmin vaxt İdman Nazirliyindən xahiş etdik və mayın 7-də evdə Tiflis “Dinamo”su ilə oynadıq, 1:0 hesabı ilə qalib gəldik. Qələbə topunu Yunis Hüseynov vurdu. Yəni 2 aydan sonra evdə oynamağın nəticəsini gördük. İndi təqvimə baxıram, Rusiya yığması startda evdə 3 oyun keçirəcək. Belə təqvim bizim üçün ağırdır. Ümumiyyətlə, təqvimi quranda əsas söz sahibi favoritlər olur. Onlar da qrupumuzda Portuqaliya və Rusiya yığmalarıdır. Ancaq 2012-ci ildə heç olmasa, daha bir oyunu evdə oynamaq olardı.
- Foqts ötən seçmə mərhələdə də səfər oyunlarını əvvələ, ev matçlarını axıra saxladı. Bu da nəticə verdi və Foqts 7 xal toplamaqla, yığmamızda rekordçu oldu. Bəlkə bu eksperiment özünün doğrultduğu üçün yenidən belə təqvimə nail olmağa çalışıb?
- Çox xal deyəndə ki, söhbət ilk növbədə bundan yox, komandanın durumundan və oyunundan gedir. Xal özü gələcək. Allaha şükür, özün də neçə illərdir futbolla məşğulsan və bunu yaxşı bilirsən. Kim deyərdi ki, Estoniya yığması pley-offa düşəcək? Ağlına gələrdi?
- Estoniyanın son dünya çempionatının final mərhələsinin iştirakçıları Serbiya və Sloveniyanı qrupda arxada qoymağı həqiqətən gözlənilməz oldu...
- Futbolumuzun inkişafını istəyiriksə, söhbət çox xaldan yox, komandanın səviyyəsinin qaldırmağından gedir. Əlbəttə, nə qədər çox yığsan, pley-offa da düşə, 1-ci yeri da tuta bilərsən. Bu, başqa məsələ. Ancaq məqsəd belə olmamalıdır ki, konkret bu qədər xal yığılsın. Məqsəd komandanı düzəltmək və ondan maksimum istifadə etməkdir. Hətta bəziləri deyir ki, “material” yoxdur, ona görə Foqts əziyyət çəkir. Əgər biz bayaq dediyimiz kimi, avropalı məşqçi dəvət etmişiksə, Foqts həmin “materiallar”dan gərək gözəl komanda düzəltsin.
- Gözləyirdiniz ki, Foqtsdan imtina ediləndən sonra milliyə yerli baş məşqçi dəvət edilə və bu, ən təcrübəli, titullu baş məşqçi kimi siz olasınız?
- Gözləmirdim. Çünki hadisələr elə göstərirdi ki, Foqts qalacaq. Mən onunla çox danışmışam və iradlarımı bildirmişəm. Bu da klubların baş məşqçiləri ilə yaxşı ünsiyyətdə deyil. Yəni onlara inanmaq və ünsiyyət qurmaq lazımdır ki, iş yaxşı getsin. Çünki yığmaya futbolçular klublardan gəlir. İndiki seçmə mərhələdə təqvim çox ağırdır və Foqtsa tövsiyə edərdim ki, mütləq klubların baş məşqçiləri ilə çox ünsiyyətdə olsun. Həm də Azərbaycan çempionatını həmişə izləməlidir ki, futbolçularının fiziki, texniki, taktiki, psixoloji durumlarının hansı vəziyyətdə olduğunu bilsin.
Mehman SÜLEYMANOV

0
0