“Bakı”nın rekordçusunun vida oyununu keçiriləcək
02.12.2011 - 19:01
“Bakı”nın rekordçusunun vida oyununu keçiriləcək
“Bakı”nın sabiq kapitanı Rafael Əmirbəyov karyerasını rəsmən başa vurur. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, uzun illər komandanın şərəfini qorumuş 35 yaşlı müdafiəçinin vida oyunu keçiriləcək. Bu, dekabrın 7-də “Bakı”nın təlim-məşq düşərgəsinin stadionunda olacaq. Saat 17:00-da başlayacaq şou elementləri ilə zəngin tədbirdə yoldaşlıq görüşünün keçirilməyi planlaşdırılır. Bu oyunda Rafaellə birgə “Bakı”da və milli komandamızda oynayan futbolçular meydana çıxacaqlar.

Qeyd edək ki, mövsümlərarası fasilədə yaşıl meydanda çıxışını bitirən Əmirbəyov “Bakı”nın heyətində ən çox oyun keçirən futbolçu, komandanı meydana kapitan kimi çıxaran rekordçudur. Onun bakılıların titullarında - 2 ölkə çempionluğu və 2 kuboku qazanmağında böyük rolu olub.