Rivaldo qovuldu
02.12.2011 - 21:37
Braziliyanın "San Paulo" klubu Rivaldo ilə müqaviləni pozub. Apasport.az saytının xəbərinə görə, ulduzu "Barselona"da parlayan oyunçu komandanın yeni baş məşqçisi Emerson Leao ilə mübahisə etdikdən sonra klub rəhbərliyi onu heyətdən uzaqlaşdırmaq qərarına gəlib.
Bununla belə, Rivaldo karyerasını başa vurmaq niyyətində olmadığını bildirib. Yarımmüdafiəçi 2012-ci ilin sonuna kimi futbol oynayacağını açıqlayıb.
Bununla belə, Rivaldo karyerasını başa vurmaq niyyətində olmadığını bildirib. Yarımmüdafiəçi 2012-ci ilin sonuna kimi futbol oynayacağını açıqlayıb.
0
0