Yoahim Löv: Bu amil gərgin oyunların olacağından xəbər verir
03.12.2011 - 00:00
Yoahim Löv: Bu amil gərgin oyunların olacağından xəbər verir
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Avro-2012-nin final mərhələsinin püşkünə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, Bundestimin çalışdırıcı ən güclü qrupa düşdüklərini söyləyib.

“Təbii ki, qrupumuz çox güclüdür və digərlərindən fərqlənir. Hər bir komandanın heyətində usta, dünya səviyyəli futbolçular var. Bu amil gərgin oyunların olacağından xəbər verir. Danimarka ilə böyük turnirlərdə oynamaq həmişə çətindir, yaxşı təşkilatlanmış komandadır, heç bir rəqibdən qorxmurlar” – deyə, Löv bildirib.

Digər rəqiblərə gəlincə, Löv vurğulayıb ki, hər bir oyun çətin keçəcək: “Bu çempionatda bütün komandalar güclüdür, çünki dünya çempionatındakı kimi burda Ekvador və ya Kosta-Rika səviyyəli komandalar yoxdur”.

Qeyd edək ki, Almaniya yığması B qrupunda Hollandiya, Danimarka və Portuqaliya ilə mübarizə aparacaq.