Joze Alesio da Silva: Bu hazırlıq azarkeşləri sevindirmək üçün yetərli olacaq
03.12.2011 - 00:50
Joze Alesio da Silva: Bu hazırlıq azarkeşləri sevindirmək üçün yetərli olacaq
“Əvvəlcə bu şəraiti bizə yaratdığı üçün AFFA-nın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bu təlim-məşq toplanışı bir neçə gündən sonra dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində Bakıda keçirəcəyimiz oyunlara hazırlıq məqsədi daşıyır”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal yığmamızın baş məşqçisi Joze Alesio da Silva deyib.

Hazırda Rusiyanın paytaxtı Moskvada olan millimizin çalışdırıcısı hazırlığın nəticəsindən razı qaldığını bildirib: “Lakin hazırlıq haqqında ümumi nəticəni yalnız Moskvada keçirəcəyimiz yoldaşlıq oyunlarından sonra bildirmək daha doğru olardı. Ümidvaram, bu hazırlıq Bakıdakı oyunlarda azarkeşləri sevindirmək üçün yetərli olacaq”.

Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində dekabrın 15-də Xorvatiya, dekabrın 16-da Makedoniya, dekabrın 18-də isə Ukrayna ilə qarşılaşacaq.