Ağasəlim Mircavadov: ... bu, utopiyadır
18.02.2013 - 18:18
Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- 3 ildir futboldan kənardasınız. Bu müddətdə məşqçiliyə qayıtmaqla bağlı təklif almısınız?
- Yox. Öz şəxsi işlərimlə məşğulam. Oyunlara baxıram. Hərdən jurnalistlər zəng vuranda fikirlərimi bildirirəm.
- Yalnız fikir bildirmək sizi nə dərəcədə qane edir?
- Görmədiyim şey haqda danışmıram. Bu yaxınlarda məndən millinin Dubaydakı yoldaşlıq görüşləri haqda soruşdular. Cavab verdim ki, baxmadığım oyun haqda danışa bilmərəm. Yığma ikinci qarşılaşmada qalib gəldi. Qələbə vacib olduğundan, bunun Lüksemburqla rəsmi oyun öncəsi gözəl hal olduğunu gördüm.
- Yeri gəlmişkən, millinin martda keçirəcəyi rəsmi oyunlarından nə gözləyirsiniz?
- Komandamız martda 4 gün ərzində 2 oyun keçirəcək. Lüksemburqun qonağı olduqdan sonra Portuqaliyanı qəbul edəcəyik. Ola bilsin baş məşqçi Berti Foqts az vaxtda 2 oyun keçirməli olduğumuzu nəzərə alaraq, bəzi futbolçuları Lüksemburqda əsas heyətə buraxsın, bəzilərini Portuqaliyaya qarşı oynatmasın. Bu, onun işidir, futbolçuları yaxşı tanıdığından, nə etməli olduğunu daha yaxşı bilir. Başa düşürəm, millimiz Lüksemburqda qələbəyə oynamalıdı. Gəlin açıq danışaq, millimiz Əhməd Ələsgərovun baş məşqçiliyi vaxtında Portuqaliya ilə Bakıda 2 oyun dalbadal heç-heçə oynayanda, rəqib bundan çox güclü idi.
- Bəs həmin vaxtla müqayisədə millimiz necə?
- Onda qələbə ruhu yüksək idi. Futbolçular qələbəyə ac idilər. Ancaq əllərindən gələni edirdilər. Bəziləri indi də buna qələbəyə çalışırlar, amma bəziləri klubdan hazır vəziyyətdə gəlməlidirlər. Ümumiyyətlə, milli ilə klub arasında fərq olmamalıdır və bunlar vəhdət təşkil etməlidir. Bu zaman Foqts üçün yaxşı olar ki, hazır vəziyyətdə olanları oynadar. Ona görə də səmimiyyət, birlik lazımdır. Futbolçu özünü millinin üzvü sayırsa, qabaqda hansı oyunların və buna necə hazırlaşmaq lazım olduğunu fikirləşməlidir.
- Lüksemburq səfərindən 3 xal gözləmək olar?
- Millimizə heç də asan olmayacaq. Ancaq qələbə Portuqaliya ilə oyun öncəsi böyük ajiotaj yaradacaq. Bu zaman millidə böyük ruh yüksəkliyi olacaq və yaxşı oynayarlar. Hər-halda, niyə də xal qazanmasınlar?
- Qələbə nə dərəcədə realdır?
- Hərdən adama elə gəlir ki, bu, utopiyadır. Futbolçu Azərbaycan üçün oynadığını fikirləşməlidir. Axı Portuqaliya ilə oyunda stadion ağzına qədər dolacaq. Hətta mən elə başa düşürəm ki, çoxları Portuqaliyaya, Ronaldo və Nanini görmək üçün gələcək. Ancaq fikrimcə, Azərbaycan millisinə baxmaq və onu dəstəkləmək lazımdır. Bu 2 oyundan xallar gözləmək lazımdır.
- Millimiz ulduzlar qarşısında nə dərəcədə tab gətir bilər? Elə portuqaliyalı futbolçuların adlarına görə əvvəldən məğlubiyyətlə barışa bilərlərmi?
- İnanın mənə, onda heç oynamağa dəyməz. Əslində, ulduzlara qarşı oynamaq asandır. O mənada ki, özün-özünü hazırlaşdırırsan. Top səndə olanda, ulduzu məcbur elə ki, topsuz hərəkət etsin, onu əldə etmək üçün səninlə mübarizə aparsın. Ulduz olanda nə olar ki?
- Qış fasiləsindən sonra çempionatımızda hansı mənzərənin şahidi olursunuz?
- Hər bir təlim-məşq toplanışından sonra futbolçunun ilk oyunu ağır olur. Bu, qaydadır. Toplanışdan sonra məşq prosesində gərginlik azalır və əsas diqqət oyunlara yönəlir. Bu zaman futbolçuda güc qalır ki, bunu da təlim-məşq toplanışında yığmısan. Mən deyərdim ki, komandalar get-gedə oyunlarını artırır.
- Məsələn, hansılar?
- “Neftçi”ni göstərə bilərəm. “Kəpəz” və “Simurq”a qalib gəldiyi matçlarda göstərdiyi oyun fərqli oldu. Hiss olunur ki, “İnter” hazır vəziyyətdədir. Ancaq gəlin, açıq danışaq, bu komandanın hücum problemi var və onu həll edə bilmir. “Qarabağ”a gəlincə, “Sumqayıt”ı asan uddu, “Qəbələ” ilə heç-heçə etdiyi matçda çox intizamlı oynadı. Ancaq onlara da qol vuran futbolçunun lazım olduğu hiss olunur. Qış fasiləsində futbolçu almaq çətindir. Çünki istədiyin oyunçuların demək olar hamısının müqavilələri olur.
- “Altılıq”da qalan 2 vəsiqəyə 3 komanda – “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı” namizəddir. Sizcə, kim kənarda qalacaq?
- Fikrimcə, hər 3 komandanın taleyi öz əlindədir. Belə baxanda, “Simurq” “altılığ”a düşüb, ancaq hansı xalla mübarizəni davam etdirəcəyindən söhbət gedir. Bu, hələ ki sual altındadır. Əgər “Bakı”ya qalib gəlsə, medallar uğrunda mübarizə aparmaq şansı var. “Bakı”ya qələbə lazımdır ki, “Qəbələ” ilə “Xəzər Lənkəran”ın büdrəməyi ona şans verir.
- Komandalar həlledici mübarizədə əsas nəyə diqqət yetirməlidir?
- Əlbəttə, gərginlik olacaq və “Simurq” da daxil olmaqla, bu 4 komandanın psixoloji durumdan çox şey asılıdır. Yəni Zaqatala təmsilçisi evdə “Neftçi”yə uduzduğundan, onda artıq “Bakı” ilə matç öncəsi psixoloji gərginlik var. Fikirləşirlər ki, yenə xal itirərik, ilk “üçlük”dən geri qalarıq. Mən elə başa düşürəm ki, bu gərginlikdə komandaların liderləri öz sözlərini deməlidir. Necə ki, “Neftçi”də Flavinyo yaxşı oynayır, Kanales qollarını vurur.
Mehman SÜLEYMANOV

0
0