Xəbər verdiyimiz kimi, “Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
Apasport.az xəbər verir ki, qanında qadağan olunmuş maddə aşkarlanan futbolçu bir müddət "Çelsi" ilə matçlara çıxmayacaq.
Belə ki, futbolçu dopinq testinin müsbət çıxdığı barədə xəbərdarlıq edildikdən sonra müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
23 yaşlı futbolçu özü də bu barədə açıqlama verib:
"Təqdim etdiyim nümunədə qadağan olunmuş maddə tapıldığını qəbul edirəm. Bu mənim üçün şok oldu, çünki mən heç vaxt bilərəkdən qadağan olunmuş maddədən istifadə etməmişəm. Heç bir qayda pozmamışam. Bunun necə baş verdiyini anlamaq üçün komandamla birlikdə araşdırma aparacağıq. Bilirəm ki, heç bir səhv etməmişəm və ümid edirəm ki, ən qısa zamanda meydana qayıdacağam".
Qeyd edək ki, Mudrikdən növbəti test götürüləcək. Yenidən pozitiv nəticə olsa, oyunçu uzun müddətlik diskvalifikasiya olunacaq. Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.