Prezidentliyə namizədliyini geri götürdü – “Qalatasaray”da
03.05.2021 - 13:35
Prezidentliyə namizədliyini geri götürdü – “Qalatasaray”da

“Qalatasaray”da prezidentliyə namizədlərdən biri geri addım atıb.

Apasport.az saytının məlumatına görə, Tuncer Hunca bu posta iddiasından geri çəkilib.

Hunca 52 ildir “cim-bom”un üzvü olduğunu və belə qalmaqda davam edəcəyini söyləyib. O, prezident seçkilərində Əşrəf Hamamcıoğlunu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, mayın 29-da keçiriləcək prezident seçkilərində Burak Elmas, Əşrəf Hamamcıoğlu, Mətin Öztürk və hazırkı rəhbər Mustafa Cengiz namizəd olacaq.
 

0