A Seriyası klubu baş məşqçisi ilə müqavilə yeniləyib – RƏSMİ
29.05.2025 - 17:13

İtaliya A Seriyası təmsilçilərindən “Bolonya” baş məşqçisi Vinçenzo İtaliano ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 47 yaşlı mütəxəssislə 2027-ci ilə qədər qüvvədə olacaq yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, “Bolonya” Vinçenzo İtalianonun rəhbərliyi altında 51 il sonra İtaliya Kubokunun qalibi olub.
0
0