Afrika Futbol Konfederasiyası (CAF) ilin ən yaxşı afrikalı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb.
Bunlar Zambo Anquissa (“Napoli” / Kamerun), Fiston Mayele (“Piramids” / Demokratik Konqo Respublikası), Məhəmməd Salah (“Liverpul” / Misir), Denis Buanqa (“Los Anceles Qalaksi” / Qabon), Ussama Lamlivi (“RS Berkane” / Mərakeş), Viktor Osimhen (“Qalatasaray” / Nigeriya), İliman Ndiaye (“Everton” / Seneqal), Seru Qirassi ("Borussiya Dortmund" / Qvineya), Əşrəf Hakimi (PSJ / Mərakeş) və Papa Matar Sarrdır (“Tottenhem” / Seneqal).
Qeyd edək ki, ötən il bu mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülüb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"