Aktürkoğlu zədələndi: Çempionlar Liqası matçını buraxacaq
04.08.2025 - 22:23
Aktürkoğlu zədələndi: Çempionlar Liqası matçını buraxacaq

"Benfika"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Kerem Aktürkoğlu zədələnib.

O, komandanın məşqində sağ ayaq biləyindən xəsarət alıb.

Kerem çalışmaları yarıda buraxıb. Müayinə zamanı futbolçuya sağ ayaq biləyinin burxulması diaqnozu qoyulub.

Onun Çempionlar Liqasının III təsnifat mərhələsinin "Nitsa" ilə ilk oyununu buraxacağı bildirilir. Sabah keçiriləcək müayinələrdən sonra həkimlər korpusu yekun rəyi verəcək.

Qeyd edək ki, son günlərdə Aktürkoğlunun "Fənərbaxça"ya transferi gündəmdədir.