“Antalyaspor” Erol Bulutla yollarını ayırıb
17.12.2025 - 18:32
Türkiyə Super Liqası təmsilçisi “Antalyaspor” baş məşqçisi Erol Bulutla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda türkiyəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, “Antalyaspor” Erol Bulutun başçılığı altında 10 oyunda 3 qələbə qazanıb, 5 dəfə uduzub. Komanda çempionatda 15 xalla 15-ci sıradadır.
0
0