"Barsa" yeni ev formasını təqdim edib - FOTO
02.07.2025 - 14:54
"Barsa" yeni ev formasını təqdim edib - FOTO

“Barselona” 2025/26 mövsümündə geyinəcəyi ev formasını ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında paylaşılan formada ötən mövsümün dizaynı əsas götürülüb.

Əsas fərq isə loqonun mərkəzdə deyil, sol tərəfdə yerləşməsidir.

Qeyd edək ki, forma təqdimatında Lamin Yamal, Fermin Lopez, Alexandro Balde, Rafinya və Robert Levandovski kimi ulduzlar yer alıb.