“Barsa”nın qolkiperi Premyer Liqa klublarının hədəfində
06.10.2025 - 14:47
“Barsa”nın qolkiperi Premyer Liqa klublarının hədəfində

İngiltərə Premyer Liqasının üç klubu "Barselona"nın qapıçısı Mark Andre ter Ştegeni transfer etmək istəyir.

Apasport.az “TEAMtalk”a istinadən xəbər verir ki, “Mançester Yunayted", "Tottenhem" və "Nyukasl" alman qolkiper üçün hərəkətə keçib.

Hər üç klub onu icarəyə götürməyi planlaşdırır. 

Kataloniya klubunun rəhbərliyi 33 yaşlı futbolçunu satmağı düşünür.

Buna səbəb isə gənc qapıçı Joan Qarsiyanın La Liqada mövsümünün əvvəlində effektiv oyunudur. 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildən "Barselona"da çıxış edir