“Barselona” Kristensenlə yollarını ayıracaq
07.05.2025 - 16:54
“Barselona” Kristensenlə yollarını ayıracaq

İspaniyanın “Barselona” komandası yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.

Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandası Andreas Kristensenin transferində maraqlıdır.