"Bayer" 32 milyona yeni müdafiəçi alacaq
31.03.2025 - 12:35

Niderland təmsilçilərindən "Feyenoord"un müdafiəçisi David Qanzko Almaniya Bundesliqasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin məlumatına görə, "Bayer" 27 yaşlı slovakiyalı futbolçunun xidmətində maraqlıdır.
Futbolçunun transfer dəyəri 32 milyon avro olaraq qiymətləndirilir.
Bu mövsüm Qanzko Niderland klubunun heyətində 39 matçda iştirak edib, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0