Benzema debüt etdi - HET-TRİKƏ İMZA ATDI
05.02.2026 - 23:59
Benzema debüt etdi - HET-TRİKƏ İMZA ATDI

Səudiyyə Ərəbistanı Pro Liqasında XXI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Əl-Hilal" səfərdə "Əl-Oxdud"la üz-üzə gəlib.

Qonaqlar rəqibini 6 cavabsız qolla məğlub etməyi bacarıblar - 6:0.

"Əl-Hilal"ın yeni transferi Kərim Benzema da bu oyunda iştirak edib. 38 yaşlı oyunçu debüt matçında het-trikə imza atıb.

Qeyd edək ki, "Əl-Hilal" 50 xalla turnir cədvəlinə başçılıq edir.