Bernardo Silva “Real Madrid”də - SON DƏQİQƏ
11.06.2026 - 22:36
Bernardo Silva “Real Madrid”də - SON DƏQİQƏ

“Real Madrid” Bernardo Silvanın transferində razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Madrid təmsilçisinin portuqaliyalı yarımmüdafiəçi ilə anlaşdığı bildirilir.

31 yaşlı futbolçunun transferində Joze Mourinyonun da xüsusi rol oynadığı qeyd olunur.

Portuqaliyalı mütəxəssis həmyerlisini yeni mövsüm üçün əsas hədəflərdən biri kimi görürdü.

Bernardo Silva daha əvvəl “Barselona” və “Atletiko”nun da maraq dairəsində idi.

Lakin “Real”ın son mərhələdə rəqiblərini qabaqladığı iddia olunur.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edirdi. Onun İngiltərə klubu ilə müqaviləsi başa çatdığından transfer azad agent kimi baş tutub.