"Botafoqo"nun baş məşqçisi istefaya GÖNDƏRİLDİ
30.06.2025 - 14:09
"Botafoqo"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Braziliya təmsilçisi baş məşqçi Renato Payva ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis klublararası dünya çempionatında mübarizəni dayandırdıqdan sonra istefaya göndərilib. Onun komandası 1/8 finalda Braziliya A Seriyasının digər təmsilçisi "Palmeyras"a məğlub olub - 0:1.
Qeyd edək ki, Payva 2025-ci ilin fevralından komandanı çalışdırırdı.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0