Dursun Özbek: "Təxribatçı hərəkətlər davam edir"
11.02.2025 - 17:57
Dursun Özbek: "Təxribatçı hərəkətlər davam edir"

Super Liqa təmsilçilərindən "Qalatasaray"ın prezidenti Dursun Özbek "Adana Demirspor"un meydandan çəkilməsi barədə danışıb. 

Apasport.az xəbər verir ki, Özbek hadisə ilə bağlı rəsmi şikayət etdiklərini söyləyib.

Prezident ümumi baş verənlərə görə futbol ictimaiyyətini həssas olmağa çağırıb: 

"Adana Demirspor"la matçı tamamlamaq qismət olmadı. Futbol baxımından danışılacaq bir şey yoxdur. Əsas hadisələrin pərdəarxasını dəyərləndirmək lazımdır. Təxribatçı hərəkətlər davam edir. Mövzunu məqsədindən yayındırıb tamam başqa kanallara daşımaq "Qalatasaray"ı məyus edir.

Buradan bütün futbol ictimaiyyətinə müraciət edirəm. Düşünürəm ki, bu cür yanaşmalar türk futboluna xidmət etmir, hər kəs bunu dərk etməlidir. Bütün bunlara verəcək bir cavabımız var, amma bizim səviyyəmiz bu cür ifadələri rədd edir. Aidiyyəti qurumlar məsələni araşdırıb, ictimaiyyəti məlumatlandıracaq". 

Qeyd edək ki, Türkiyə Super Liqasının XXIII turunda "Adana Demirspor" "Qalatasaray"la oyunda meydandan çəkilib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.