El-Şaday Bitşiabu rəsmən “Qalatasaray”da
02.09.2026 - 22:08
El-Şaday Bitşiabu rəsmən “Qalatasaray”da

“Qalatasaray” Almaniyanın “Leypsiq” klubunun futbolçusu El-Şaday Bitşiabunu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunu 2026/27 mövsümünün sonunadək satınalma hüququ ilə icarəyə götürüb.

Razılaşmaya əsasən, “Qalatasaray” icarə üçün “Leypsiq”ə 2 milyon avro ödəyəcək. Müqavilədə nəzərdə tutulan satınalma hüququnun məbləği isə 28 milyon avrodur.

21 yaşlı müdafiəçi İstanbul klubunda illik 2 milyon avro maaş alacaq.