Fabio Pisakane: “Semih xüsusi bir istedaddır”
04.08.2025 - 21:17
Fabio Pisakane: “Semih xüsusi bir istedaddır”

"Semih Kılıçsoy inanılmaz bir futbolçudur. Oyun sistemimizə uyğundur".

Apasport.az xəbər verir ki, bu sözləri "Kalyari"nin baş məşqçisi Fabio Pisakane deyib.

Mütəxəssis komandanın yeni transferini dəyərləndirib: "Semih xüsusi bir istedaddır. Gələcəkdə çox yüksək səviyyədə olacaq. Buna inanıram. Meydanda hər cəhətdən özünü göstərir".  

Qeyd edək ki, Kılıçsoy ötən günlərdə "Beşiktaş"dan "Kalyari"yə transfer olunub.