"Fənərbaxça" və "Qalatasaray" "Bavariya"nın ulduz futbolçusu Kinqsli Koman üçün transfer yarışına girib.
Apasport.az AS nəşrinə istinadən xəbər verir ki, əvvəlcə "Qalatasaray" Koman üçün alman klubunun "qapısını döyüb".
Ancaq "sarı-qırmızılılar" Barış Alper Yılmazı nəzərdə tutduğu qiymətə sata bilmədiyi üçün Koman transferində çətinlik yaşayıb. Komanın isə bu keçidə isti baxdığı və komanda yoldaşı Leroy Sanenin ardıyca "Qalatasaray"a transfer olmaq istədiyi bildirilir.
Mənbənin məlumatına görə, daha bir Türkiyə nəhəngi "Fənərbaxça" da Komanın transferi üçün "Bavariya" ilə görüşmələrə başlayıb. Hətta Joze Mourinyonun şəxsən Komana zəng edərək, onu "fənər"ə gəlməyə razı salmağa çalışdığı iddia olunur.
Qeyd edək ki, Kinqsli Koman geridə qalan mövsümdə "Bavariya" formasıyla çıxdığı 44 matçda 9 qol və 6 assistlə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər