Con Duran karyerasını Rusiyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, məxsus olduğu "Əl-Nəsr" klubundan icarə əsasında "Fənərbaxça"da çıxış edən kolumbiyalı hücumçu Türkiyəni tərk edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mənbəyə görə, 22 yaşlı forvard "Zenit"lə razılığa gəlib. O, Sankt-Peterburq təmsilçisi ilə yeni icarə müqaviləsi imzalayacaq.
Duranın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.
Hücumçu cari mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiyalı futbolçu daha əvvəl vətənində “Enviqado”, ABŞ-da “Çikaqo Fayr”, İngiltərədə isə "Aston Villa" forması geyinib.
Xatırladaq ki, "Fənərbaxça"nın daha bir hücumçusu Yusuf En Nesiri qış transfer pəncərəsində komandadan ayrılaraq "Əl-İttihad"a transfer olub.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır