“Fənərbaxça”nın futbolçusu ölkəsində çıxış edə bilər
22.11.2025 - 16:27
“Fənərbaxça”nın futbolçusu ölkəsində çıxış edə bilər

“Fənərbaxça”nın braziliyalı futbolçusu Fred karyerasını vətənində davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə Braziliyanın “Flamenqo” klubu yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, “sarı-lacivərdlilər” uyğun təklif daxil olacağı halda futbolçunu satmağı planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm İstanbul klubunun heyətində keçirdiyi 18 rəsmi oyunda 1 qol vurub və 2 qol ötürməsi verib.