"İnter" İnzaqi ilə bağlı qərar verib
18.03.2025 - 10:57
"İnter" İnzaqi ilə bağlı qərar verib

"İnter"in baş məşqçisi Simone İnzaqi komandası ilə yeni müqavilə imzalaya bilər.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə 2027-ci ilin ortalarına qədər yeni müqavilə təklif etməyi planlaşdırır.

Simone 2021-ci ilin yayından “İnter”ə rəhbərlik edir. 

Bu müddət ərzində "İnter" A Seriyası çempionu olmaqla yanaşı, ölkə kubokunu və Superkubokunu da qazanıb.

İtaliya çempionatının cari mövsümündə "İnter" 29 turdan sonra 64 xal toplayıb. İnzaqinin komandası ən yaxın izləyicisini 3 xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.