Kannavarronun yeni iş yeri bəlli oldu - RƏSMİ
06.10.2025 - 18:48
Kannavarronun yeni iş yeri bəlli oldu - RƏSMİ

2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Asiya təmsilçisini Fabio Kannavarro çalışdıracaq.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

52 yaşlı italiyalı mütəxəssislə 2026-cı ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub.