Kukurelya uğrunda Mançester derbisi
08.06.2026 - 19:37
“Çelsi”nin müdafiəçisi Mark Kukurelya Premyer Liqanın iki nəhəng klubunun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” ispaniyalı futbolçu ilə yaxından maraqlanır.
“Mundo Deportivo”nun məlumatına görə, London təmsilçisi Kukurelyanın mümkün keçidi üçün 40-50 milyon avro aralığında məbləğ tələb edir.
Hər iki Mançester klubunun yay transfer pəncərəsində sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istədiyi bildirilir.
Qeyd edək ki, Kukurelyanın “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0