Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı
09.09.2026 - 22:01
Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı

“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 19 yaşlı vinger turnir tarixində 20 yaşına çatmamış ən çox qol töhfəsi verən futbolçu olub.

İspaniya millisinin üzvü “Feyenoord”la matçda məhsuldar ötürmə etməklə Çempionlar Liqasındakı qol töhfələrinin sayını 21-ə çatdırıb. “Opta”nın məlumatına görə, Yamal turnirdə 11 qol vurub və 10 assist edib.

Bununla da “Barselona”nın futbolçusu Kilian Mbappenin rekordunu geridə qoyub. Fransa millisinin hücumçusu 20 yaşına qədər Çempionlar Liqasında qol+assist sistemi üzrə 20 məhsuldar hərəkətlə yadda qalmışdı.

Qeyd edək ki, Lamin Yamal hazırda 19 yaşındadır.