"Latsio" satılmır!" - Klubdan açıqlama
11.06.2026 - 20:16
“Latsio” klubu satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, Roma təmsilçisi rəsmi açıqlama yayaraq mətbuatda və sosial şəbəkələrdə yer alan iddiaları təkzib edib.
Klub rəhbərliyi “Latsio”nun satışı ilə bağlı hər hansı danışıq, razılaşma və ya investor prosesinin olmadığını bəyan edib.
Açıqlamada bu iddialarla bağlı səlahiyyətli qurumlara rəsmi şikayət ünvanlandığı da qeyd olunub.
0
0