“Liverpul” “Bavariya”ya “yox” dedi
02.07.2025 - 16:42
“Liverpul” “Bavariya”ya “yox” dedi

“Liverpul” “Bavariya”nın Luis Diaz üçün etdiyi transfer təklifini rədd edib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə çempionu kolumbiyalı futbolçunu satmaq niyyətində deyil.

Uğursuz Niko Uilyams həmləsindən sonra Bundesliqa təmsilçisi diqqətini Premyer Liqa klubunun vingerinə yönəldib, lakin yenə də müsbət cavab ala bilməyib.

Mersisaydlılar Kolumbiya millisinin üzvünü gələcək planlarının parçası kimi görür.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2022-ci ildən "Liverpul"un şərəfini qoruyur.