“Nyukasl Yunayted”in hücumçusu Entoni Qordon İngiltərə Premyer Liqasının son çempionunun diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Almaniyanın “BILD” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Liverpul” 24 yaşlı cinah hücumçusu ilə maraqlanır. Mersisaydlılar hücum xəttini gücləndirmək məqsədilə güclü vinger axtarışlarını davam etdirir və İngiltərə millisinin üzvü olan Qordon əsas namizədlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Entoni Qordon bu mövsüm bütün turnirlərdə 21 oyunda forma geyinib, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalına əsasən, futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro təşkil edir.