“Liverpul”un yeni transferinin maaşı müəyyənləşdi
06.06.2023 - 09:43
“Liverpul”un yeni transferinin maaşı müəyyənləşdi

“Liverpul”un yeni futbolçusu Aleksis Makallisterin maaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi ildə 6 milyon funt qazanacaq.

“Brayton” futbolçusunun transferindən 60 milyon əldə edəcək. 24 yaşlı cənubi amerikalının “Liverpul”la müqaviləsi 2028-ci ilədək nəzərdə tutulacaq.

Qeyd edək ki, Argentina yığması ilə dünya çempionu olan Aleksis “Brayton”dakı son mövsümündə 40 oyun keçirib və 12 qola imza atıb.
 

0