Danimarka millisinin futbolçusu Kristian Eriksenin səhhəti yaxşılaşır.
Apasport.az xəbər verir ki, bu barədə yığmanın həkimi Morten Boesen açıqlama verib.
O, 34 yaşlı futbolçunun hazırkı vəziyyətinin yaxşı olduğunu bildirib:
“Bu səhər Kristianla danışdım və vəziyyəti yaxşıdır. Ailəsi yanındadır, əhvalı da yerindədir. Yaxın zamanda evə buraxıla biləcəyi gözlənilir. Futbolçular və heyətlə daim əlaqədəyik”.
Xatırladaq ki, Eriksen Danimarkanın Ukrayna ilə keçirdiyi yoxlama oyununda özünü pis hiss edib. 65-ci dəqiqədə sinəsini tutaraq yerə yıxılan futbolçuya görə qarşılaşma yarımçıq dayandırılıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı